Adamı dindir, sonra qiymətini ver.*

Speak to one before giving a praise to him (her). Сначала побеседуй, прежде чем оценивать кого-либо.
Adamı bədbəxtlik tutanda dəvə üstündə böv vurar.
Adamı işi ilə tanıyarlar.
OBASTAN VİKİ
Lusi Ver
Lusi Avreli Ver (lat. Lucius Ceionius Commodus, Lucius Aelius Commodus, Lucius Aelius Aurelius Commodus; * 15 dekabr 130; † 169 Altinum) — Mark Avreli ilə müştərək 161-169-cu illərdə Roma imperatoru olmuşdur. Doğma atası Lusi Eliy Ver Adrian tərəfindən oğulluğa götürüldüyünə görə qısa müddət imperatorluğa xələf olmuş, lakin 1 yanvar 138- ci ildə Adriandan qabaq vəfat etmişdir. Bundan sonra azyaşlı Lusi Ver növbə üzrə ikinci xələf adlandırılır ki, öz növbəsində imperatorluğu Antonin Piydən Mark Avreli ilə birlikdə qəbul etmiş olur. Karyerasına 153- cü ildə Kvestor, 154-cü ildə konsul kimi başlamışdır. 32 yaşında Pretor, 161- ci ildə təzədən konsul kimi fəaliyyət göstərir. Antonin Piyin ölümündən sonra Mark Avreli artıq hakimiyyətdə olsa da, və senatın idarəetməni tək ona tapşırmasına baxmayaraq hakimiyyəti Lusi Ver ilə bölüşməyi qərara alır. Ciddi və tədbirli Mark Avrelidən fərqli olaraq, Lusu Ver öz kefi üçün yaşamağa, gününü kef məclislərində, əyləncədə keçirməyi üstün tuturdu. Antik mənbələrdə şəxsiyətinə cox tənqidi yanaşılır və o Neron ilə müqqayisə edilir. 162—166-ci illərdə Ver Parfiya çarlığı ilə müharibədə imperiya qoşunlarına rəhbərlik etmişdir.
Rocer Ver
Rocer Kit Ver (ing. Roger Keith Ver; 27 yanvar 1979, San-Xose, Kaliforniya) – "bitcoin" startaplarına erkən investor. Rocer Ver aşağı kriptovalyuta ötürmə qabiliyyəti və yüksək əməliyyat xərcləri kimi problemləri həll etməyi qarşısına məqsəd qoyan "Bitcoin Cash" kriptovalyutasının əsas tərəfdarlarından biridir. Rocer Ver ABŞ-də, Kaliforniyanın San-Xose şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Rocer bir il De Anza Kollecində oxumuş, lakin sonra biznes maraqlarını həyata keçirmək üçün təhsilini yarımçıq qoymuşdur. 2005-ci ildə o, qeyri-qanuni yollarla partlayıcı satdığı üçün 10 ay həbsdə yatdıqdan sonra Yaponiyaya köçmüşdür. 2014-cü ildə Rocer Sent-Kits və Nevis vətəndaşı olmuş, ABŞ vətəndaşlığından imtina etmişdir.
Söz Ver
Söz Ver – Göksel-in 2003-cü ildə çıxardığı 3-cü albomudur. Alboma daxil olan "Hastasıyım", "Allı Pullu" və "Fırar" mahnılarına klip çəkilmişdir.
Vadj- ver
Vadj-ver — Vadj-ver, həmçinin Vatç-ur olaraq da yazılır, adı "böyük yaşıl" mənasını verən Misir məhsuldarlıq tanrısıdır. Vayverin Aralıq dənizinin təcəssümü olduğu ümumiyyətlə qəbul edilir; Bununla belə, daha çox ehtimal olunur ki, o, bəzi mətnlərin təklif etdiyi kimi, Nil Deltasının ən şimal hissəsindəki laqunları və gölləri təmsil edib, "böyük yaşıllığı" piyada keçilə bilən torpaq kimi təsvir edib. Vaj-veranın ən qədim məlum sübutu Abusirdəki Sahure piramida meyitxanasında 5-ci sülalədən qalmadır; burada o, Hapi tanrısına bənzəyir, lakin bədəni su dalğaları ilə doludur. Firon III Ramsesin oğlu Şahzadə Amunxepeşefin daha sonra (20-ci sülalə) QV55 türbəsinin divarlarında da görünür.
Vadj-ver

Ver.di
Ver.di (alm. Vereinte Dienstleistungsgewerkschaft‎ — azərb. Birləşmiş Xidmət İşçilərinin Həmkarlar İttifaqı‎) — Almaniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Təşkilatın baş qərargahı Berlində yerləşir. 2001-ci ildə yaradılmışdır. Təşkilat əsasən xidmət sahəsində çalışan işçilər sıralarında cəmləşdirir və 2.180.000 üzvü var. Hazırda təşkilata Frank Bsirske rəhbərlik edir. Berndt Keller: Multibranchengewerkschaft als Erfolgsmodell? Zusammenschlüsse als organisatorisches Novum — das Beispiel Verdi. VSA-Verlag, Hamburg 2004.
Payını ver
Payını ver (ing. Kick-Ass) — 2010-cu il ABŞ istehsalı superqəhrəman-komediya filmi. Filmin senarisi Marvel-in eyniadlı komiks kitabından götürülüb. Komiks həvəskarı olan Deyv Lizevskinin ağlından daima keçən sual budur: “Axı niyə heç kim komikslərdəki superqəhrəmanları nümunə götürüb küçələrə ədalət gətirmir” — və beləliklə, Deyvin elə özü ayağa qalxır, kostyumunu geyinir və hərəkətə keçir. kickass-themovie.com — Payını ver rəsmi saytı Payını ver — Internet Movie Database saytında.
Market adamı
Market adamı (コンビニ人間, Kombini ninqen) – Yaponiya yazıçısı Sayaka Murata tərəfindən 2016-cı ildə nəşr olunmuş roman. Müəllifin sayca 10-cu romanıdır. Murata bu əsərinə görə Yaponiyada Akutaqava mükafatına layiq görülmüşdür. Romanın Yaponiyada 1,5 milyondan çox nüsxəsi satılmış və 30-dan çox dilə tərcümə olunmuşdur. Romanın baş qəhrəmanı Keyko Furukura adlı qadındır. O, çox gənckən bir mağazada işləməyə başlayır. Furukura 36 yaşına çatmasına baxmayaraq, hələ də mağazadakı işləməyə davam edir və bakirədir, evlənməkdə maraqlı deyil. Buna görə də bacısı da daxil olmaqla bir çox şəxs onun anormal olduğunu düşünür və Furukura cəmiyyətin təzyiqləri ilə üzləşməli olur. Sayaka Murata roman yazmaqdan əlavə Tokioda bir mağazada kassir kimi işlədiyi üçün əldə etdiyi təcrübələr əsasında romanı yazmışdır. Buna görə baş qəhrəmanla müəllif arasında bir çox oxşarlıq mövcuddur.
Qar adamı
Qar adamı və ya Yeti — Asiyadakı dağlıq bölgələrdə yaşadığı iddia edilən əfsanəvi varlıq. Görünüşü Şimali Amerika meşələrində rast gəlindiyi irəli sürülən Biqfutu xatırladır. Şahidlər bu əsrarəngiz məxluqun iri meymuna oxşadığını bildirirlər. Fərziyyələrə və təsdiqini tapmamış faktlara görə qar adamları müasir insanlardan möhkəm bədən quruluşu , kəllənin şiş formalı olması, bir qədər uzun əlləri, kiçik uzunluqlu boğazı, bir qədər gödək ayaqları ilə fərqlənirlər. Bədəni bütövlüklə qara, tünd narıncı və ya ağ rəngli tüklə örtülüdür. Sifəti tünd rənglidir. Başında tüklər bədində olanlardan uzundur. Bığı və saqqalı seyrək və qısadır. Ağaclara yaxşı çıxa bilirlər. Bildirirlər ki, dağ qar adamları mağaralarda, meşə qar adamları isə ağacın budaqlarında yuva qurub orda yaşayırlar.
Urfa adamı
Urfa adamı və ya Balıklıgöl heykəli — müasir Türkiyənin cənub-şərqində, Yuxarı Mesopotamiyanın coğrafi bölgəsində Urfa yaxınlığındakı Balıklıgöldə aparılan qazıntılarda tapılan qədim insan formalı heykəl. Heykəlin hündürlüyü təxminən 1,80 metrdir. Gözlər qara obsidianın seqmentləri olan dərin dəliklərdən ibarətdir. Əllər cinsiyyət orqanını örtərək qabağını bağlayır. Heykəlin təxminən eramızdan əvvəl 9.000-ci ilə aid olduğu düşünülür və dünyanın ən qədim heykəli olduğu iddia edilir. Eramızdan əvvəl 9000-ci il neolit dövrünə aiddir və "insanların ən qədim naturalistik canlı ölçülü heykəli" hesab olunur. Bildirilir ki, 1993-cü ildə Balıklıgölün Yeni Yol küçəsində, 1997-ci ildən etibarən dulusçuluqdan əvvəlki neolit ​​dövrünə aid yerin araşdırıldığı yerdə aşkar edilib.
İlin adamı
İlin adamı: İlin adamı (Time) — Time jurnalının versiyasına görə ""İlin şəxsi" laureatlarının siyahısı. İlin adamı (film) (ing. Man of the Year) — Robin Uilyamsın iştirakı ilə kinokomediya, ABŞ, 2006-ci il. Rejissor — Barri Levinson. Azərbaycanda ilin adamı mükafatı — 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib.
İş adamı
İş adamı və ya biznes administratoru biznes sektorunda olan şəxsdir– xüsusi ilə iqtisadi, intellektual və fiziki kapitalın məcmusundan istifadə edərək satış həyata keçirmək və mənfəət əldə etmək məqsədilə fəaliyyətlər (kommersiya və ya sənaye) həyata keçirən və bu cür fəaliyyəti inkişaf etdirən şəxsdir.
Əjdaha adamı
Əjdaha adamı və ya elmi adı ilə Homo longi – 1933-cü ildə kəşf edilmiş, lakin ancaq 2018-ci ildə paleoantropoloqlar tərəfindən məlum olan arxaik insan növü. Növün kəşfinə səbəb olan kəllə sümüyü fosili 1933-cü ildə Çinin Harbin şəhəri yaxınlığındakı Sunqari çayı üzərindəki Dontsziyan körpüsünün tikintisi zamanı bir fəhlə tərəfindən tapılmışdır. Bu kəşf 1929-cu ildəki Pekin adamı fosilinin kəşfindən cəmi 4 il sonra olduğu üçün işçi tapıntının elmi əhəmiyyət kəsb edəcəyini düşünərək onu tərk edilmiş bir quyunun içində gizlətmişdir. Ölümündən qısa müddət öncə işçi kəşfi barədə 3-cü nəsil ailəsinə bəhs etmişdir və ailə 2018-ci ildə fosilin yerini taparaq quyudan çıxarmışdır. Daha sonra Hebei Universitetinin palentologiya professoru Tsi Qyan fosilin universitet muzeyinə bağışlanması üçün ailəni razı sala bilmişdir. Kəllə sümüyü çox yaxşı qalsa da, kəşfi zamanı heç kim onun hansı növə aid olduğunu müəyyənləşdirə bilməmişdir. Kəllə sümüyü Homo sapiensdəkindən böyük olsa da, beyin ölçüsü eyni idi. Uzun müddətdən sonra aparılan araşdırmalardan sonra fosili analiz edən 3 ayrı elmi məqalə "The Innovation" jurnalında yayımlanmış və növə Homo longi, yəni Əjdaha adamı adı verilmişdir. Bunun səbəbi fosilin kəşf edildiyi Heyluntszyan (çin. 黑龍江) bölgəsinin çin dilində "Qara əjdaha çayı" mənasına gəlməsidir.
Elm adamı
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Qaranlıqdan sonra
Qaranlıqdan sonra (yap. アフターダーク) Haruki Murakami tərəfindən tərəfindən 2004-cü ildə nəşr etdirilmiş romandır.
Günəşdən sonra
Günəşdən sonra (ing. Aftersun) — Şarlotta Vellsin 2022-ci ildə çəkdiyi film. Film atası ilə birlikdə yay tətili üçün Türkiyəyə gedən şotlandiyalı qızdan bəhs edir. Filmin premyerası 21 may 2022-ci ildə Kann kinofestivalında baş tutub. Paul Mescal — Calum Frankie Corio — Sophie Celia Rowlson-Hall — adult Sophie Sally Messham — Belinda Brooklyn Toulson — Michael Spike Fearn — Olly Harry Perdios — Toby Ruby Thompson — Laura Ethan James Smith — Scott Kayleigh Coleman — Jane A24 filmləri Günəşdən sonra — Internet Movie Database saytında.
Qələbəlik adamı (hekayə)
Qələbəlik adamı (ing. The Man of the Crowd) — Edqar Allan Po tərəfindən 1840-cı ildə yazılmış hekayə. Hekayə adı məlum olmayan şəxsin dilindən danışılır və əsas məzmunu həmin şəxsin London küçələrində bir nəfəri təqib etməsindən ibarətdir. Naməlum xəstəlik keçirən hekayənin əsas qəhrəmanı, London şəhərində adı göstərilməyən bir restoranda əyləşir. Əsər boyu qəhrəmanının adı çəkilmir. Qəhrəman restoranın pəncərəsindən küçədə ora-bura hərəkət edən kütləni maraqla seyr edir. İnsanlar maraqla və həvəslə hərəkət edir, ora-bura qaçırlar. Qəhrəman restoranda oturduğu yerdən, küçədə olan insanları beynində xəyali şəkildə müxtəlif kateqoriyalara bölür və onların kimliklərini özü üçün müəyyən etməyə çalışır. Gecənin düşməsinə yaxın, kütlənin arasından digər insanlardan fərqlənən bir sima, qəhrəmanın diqqətini cəlb edir. Altmış beş — yetmiş yaş arasında olan həmin sima sahibinin üzündə qəhrəmanın fikrincə mütləq bir azadlıq vardır.
İlin adamı (Time)
"İlin adamı" — "Time" jurnalının mükafatı; ənənəvi olaraq özünün hər il sonuncu dekabr nömrəsində "İlin adamı"nı elan edir. "İlin adamı" nominasiyası 1927-ci ildən verilir. İlk dəfə bu ada Atlantik okeanını keçmiş təyyarəçi Çarlz Lindberq layiq görülmüşdür. İlin adamını jurnalın icraçı direktoru özü müəyyənləşdirir. Müxtəlif illərdə ilin adamı Mahatma Qandi, Vinston Çörçil, Albert Eynşteyn, internet istifadəçisi elan edilib. Jurnal saytında siyahı TIME's Person of the Year: All 84! Arxivləşdirilib 2010-12-19 at the Wayback Machine — slideshow by Life magazine "Time's Person of the Year 1927–2010". Time. 2011. 2013-08-26 tarixində orijinalından arxivləşdirilib.
İlin adamı (dəqiqləşdirmə)
İlin adamı: İlin adamı (Time) — Time jurnalının versiyasına görə ""İlin şəxsi" laureatlarının siyahısı. İlin adamı (film) (ing. Man of the Year) — Robin Uilyamsın iştirakı ilə kinokomediya, ABŞ, 2006-ci il. Rejissor — Barri Levinson. Azərbaycanda ilin adamı mükafatı — 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib.
İlin adamı mükafatı

Üçüncü günün adamı
Üçüncü günün adamı — 2017-ci ildə çəkilmiş, Qarabağ münaqişəsi mövzsusuna aid film. İkiqat qətl törətməklə təqsirli bilinən və uzunmüddətli cəzaya məhkum edilən Sadiq (Hikmət Rəhimov) 17 ildən sonra azadlığa çıxır. O, doğmalarının vəfat etdiyini, yurdunun işğal edildiyini öyrənir. Sadiq ata-anasının məzarlarını ziyarət etmək üçün həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedir.
İsveçrə bıçağı adamı
İsveçrə bıçağı adamı (ing. Swiss Army Man) — 2016-cı ildə ekranlara çıxan sürrealist ABŞ filmi. Henk Tompson kimsəsiz adada intihar etmək üzrə idi ki, birdən sahildə cansız kişi bədəni gözünə dəyir. O, öyrənir ki, adı Menni olan bu meyit hər işə yarayır və onun həyatını xilas edəcək. Pol Dano — Henk Tompson Deniel Redkliff — Menni Meri Elizabet Uinsted — Sera swissarmyman.com — İsveçrə bıçağı adamının rəsmi saytı İsveçrə bıçağı adamı — Internet Movie Database saytında.
Sonra (film, 2012)
Sonra (ing. — After) 2012-ci il fastastik-gerilim filmi.
Yaponiya işqaldan sonra
Qoşunların yerləşdirilməsi şərtləri 1952-ci ilin 28 fevral tarixli sazişi ilə müəyyənləşdirildi. Sülh müqaviləsi və ona əlavə edilmiş sənədlər 1952-ci il 28 apreldən qüvvəyə mindi. Bunun ardınca ABŞ Uzaq Şərq komissiyasının və İttifaq Şurasının buraxıldığını elan etdi. Beləliklə də işğal rejiminə son verildi və yapon hökuməti üzərində amerika nəzarəti götürülmüş oldu. Sülh müqaviləsinin ən böyük əhəmiyyəti məhz bu idi. Sülh müqvailəsi ölkənin inkişafında yeni yol açdı. "Təhlükəsizlik müqavilələri" İlk təhlükəsizlik müqaviləsi San-Fransisko konfransı ərəfəsində Yaponiya və ABŞ arasında imzalanmışdır.ABŞ Yaponiyada öz qoşunlarını saxlamaq hüququ aldı.1960-cı ildə Vaşinqtonda yeni bir qarşılıqlı "əməkdaşlıq və təhlükəsizlik müqaviləsi" bağlandı. O, birlikdə hərbi əməliyyatlar keçirilməsini və Uzaq Şərqdə əməliyyatlarda yaponların bazalarından Amerika silahlı qüvvələrinin istifadəsini nəzərdə tuturdu.1960-cı il "Təhlükəsizlik müqaviləsi" hərbi ittifaq müqaviləsi idi. Bu müqaviləni 1951-ci ildəkindən fərqli olaraq, Yaponiya könüllü bağlamışdı. 1969-cu ildə ABŞ-Yaponiya "Təhlükəsizlik müqavilə"sinin müddəti yenidən qeyri-müəyyən müddətə uzadıldı.
Yaponiya işğaldan sonra